“Nağıl saatı”nda balacalara yeni nağıl oxundu

Yasamal rayon MKS-nin 3 №-li kitabxana filialının əməkdaşları  94 saylı Körpələr evi-uşaq bağçasında “Nağıl saatı” keçirdilər.

Kitabxana filialının  əməkdaşı Sənubər Quliyeva kiçikyaşlı uşaqlara nağıllar haqqında  məlumat verdi. Kitabxana filialının müdiri  v.m.i.e. Şəhla Ömərova balaca fidanlara Gülzar İbrahimovanın   “Qoğal” (Norveç qoğalı) nağılını oxudu. Uşaqlar nağılı maraqla dinlədilər.

Uşaqlar sevimli nağıl qəhrəmanları haqqında danışdılar.

 “Nağıl saatı”nda uşaqlara kitablar hədiyyə olundu.

Bağçanın müəllimləri Şəhla Vəliyeva və Cəmilə Sultanzadə maraqlı görüş üçün kitabxananın əməkdaşlarına təşəkkür etdilər.