Açıq havada “Məlumat saatı” təşkil olundu

Yasamal rayon MKS-nin 3 №-li kitabxana filialı açıq havada “Məlumat saatı” təşkil etdi.

 Bu il məşhur qələm sahibi olan amerikalı yazıçı və jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Ernest Heminqueyin 125 illik yubileyi tamam olur. Bununla əlaqədar təşkil olunmuş “Məlumat saatı”nda kitabxana filialının müdiri v.m.i.e. Şəhla Ömərova, kitabxananın əməkdaşları Sidiqə Ağamirova, Sənubər Quliyeva, oxuculara E.Heminqueyin həyat və yaradıcılığı haqqında məlumat verdilər. Kitabxanaçılar qeyd etdilər ki, “Pulitser” mükafatına layiq görülən müəllifi milyonların sevimlisinə çevirən “Qoca və dəniz” əsəri bu gün də oxucular tərəfindən tez-tez oxunur və sevilir. Müharibə dəhşətlərindən bəhs edən “Əcəl zəngi” əsəri də oxucularla müzakirə olundu.