Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Azərbaycanda çoxdilliliyin qorunması” adlı videoçarx hazırlandı.
Videoçarxda Azərbaycanda yaşayan xalqlar haqqında məlumat verilir və qeyd olunur ki, uzaq keçmişdə olduğu kimi, bugün də ölkəmizdə onlarla xalqın və millətin nümayəndələri yaşayır. Azərbaycan Respublikası rəngarəng etnik tərkibə malikdir.
Bildirilir ki, ruslar Azərbaycanda azərbaycanlılardan və ləzgilərdən sonra üçüncü böyük etnik qrupu təşkil edir. Azərbaycanda rus məktəblərinin çoxluğu və rus dilinə önəm verilməsi haqqında videoçarxda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sözləri, Rusiya Federasiyasının Prezidenti V.Putinin çıxışı yerləşdirilmişdir.
Videoçarxda qeyd olunur ki, müasir Azərbaycanın ərazisində məskunlaşmış xalqların dilləri 4 böyük – türk, Şimali Qafqaz, hindavropa və kartvel dil ailəsinə mənsubdur.
Azərbaycanda yaşayan xalqlardan ləzgilər, ruslar, talışlar, avarlar, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, yəhudilər, udinlər və s. haqqında məlumat əks olunub.
Azərbaycandakı sinaqoq və kilsələr, Bakı Slavyan Universiteti, A.S.Puşkinin Bakıdakı, T.Q.Şevçenkonun Zaqataladakı heykəlləri, ölkəmizdə yaşayan xalqların dilində olan dərsliklər videoçarxda yer almışdır.
Videoçarx kitabxananın YouTube kanalında verilib: