Tarixin şahidi qədim Bakımız,
Qəhrəman oğullar, mərdlər şəhəri!
Mavi Xəzərimiz, əziz Bakımız…
Vardır gələcəyi, aydın səhəri…
Təlatümə gəlir, mavi Xəzərim
Bənzəri dünyada yoxdu Xəzərin
Çırpılır sahilə o gur dalğalar,
Bol-bol sərvəti var mavi Xəzərin…
Gülüstan qalası, eldə qalası,
Cavanşir qalası, mərdlər yuvası,
Veribdir Bakıya görkəm, yaraşıq,
Xəzərin qoynunda o Qız qalası…
Sən meydan oxudun, haqq-ədalətə,
Qədimdən bu yana öz elatınla,
Tarixdə iz qoydun uca sanınla.
Dahilər beşiyisən gözəl Bakım!!!