Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1№-li və A.Şaiq adına 2 №-li kitabxana filialları Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı “Aldadılmağına yol vermə!” tədbiri, “Narkomaniya dünyanın məhvidir” tədbir – çağırış keçirdilər.
1№-li kitabxana filialının müdiri Mətanət Qasımova tədbirdə gənclərin və gənc ailələrin həyatı üçün böyük təhlükə yaradan narkotik vasitələrin yol açdığı bəlalardan danışdı. Kitabxanaçı dövlət tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə metodlarının cəmiyyətimiz üçün vacibliyini və gələcək nəsillərin sağlam inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini gənclərin diqqətinə çatdırdı.
26 iyun – Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar A.Şaiq adına 2 №-li kitabxana filialında keçirilən tədbirdə kitabxananın əməkdaşı Gülyaşa Şükürova tədbirin məqsəd və əhəmiyyətindən danışıb, gənclərə bu bəladan uzaq olmalarını və aldanmamalarını tövsiyə etdi.
Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis Aybəniz Əliyeva kitabxananın fondunda tanınmış həkim, yazıçı Asif Kəngərlinin narkomaniya, alkoqolizm mövzusunda yazdığı maarifləndirici, ibrətamiz kitabların olduğunu bildirdi. Narkotik vasitələrin insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən kitabxanaçı yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı.
Tədbirlər diskussiya şəklində davam etdirildi.
Gənclər kitab sərgisi və maarifləndirmə məzmunlu stendlə tanış oldular.