Yasamal rayon MKS-nin A.Şaiq adına adına 2 nömrəli kitabxana filialında T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri ilə “Asudə vaxtımızdan səmərəli istifadə edək” adlı tədbir keçirildi.
Tədbir “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar təşkil olundu.
Tədbirdə kitabxana filialının müdiri Yəmən Əmirova və məktəb kitabxanasının müdiri Tahirə Zamanova qeyd etdilər ki, asudə vaxtın səmərəli təşkili uşaqların yaradıcı bacarıqlarının inkişafı üçün əlverişli mühit yaradır. Fəal istirahət asudə vaxtdan səmərəli istifadə etməyə imkan yaradır. Uşaqlara vaxtlarının səmərəli, yay tətilinin maraqlı olmaları üçün kitab oxumağı tövsiyə olundu və kitabxana fondunda olan kitablar haqqında məlumat verildi.
Şagirdlər oxuduqları kitablardan, sevdikləri yazıçı və şairlərin əsərləri haqqında danışdılar. Onlar Azərbaycan şifahi xalq ədəbiyyatından nümunələr səsləndirdilər.




