Əli Vəli oğlu mənim ən çox əsərlərini sevdiyim yaziçidir. söz xatirinə demirəm, kitablari həqiqətən masaüstü kitablarimdir. Hər gün, bir vərəq olsa belə, oxuyuram
oxuyanlar yəqin bilir ki, Əli müəllim nə qədər vətənə, mentalitetimizə, adət ənənəmizə bağli idi. Əli müəllim bütün əli qələm tutanlardan fərqlidir. o, bir döyüşçü, savaşçi olub! din içində din bəsləyib. bizə insanliğin, həyatin rəngini, rəsmini əsərlərində qoyub gedib. Məkani cənnət olsun! yeri nur ilə dolsun!
bu dəfə əli müəllim məni ayri cürə sevindirdi! Gözlədiyimi, axtardiğimi verdi.
ermənilərin öz əlləri ilə yazdiqlari gerçəklikləri ,bizə vacib olan tarixi, eyni zamanda erməni tarixçilərinin öz dilləri ilə saxtakar olduqlarini etiraf etmələrini, mənbələrə əsaslanaraq, sənədlərlə göstərir və təkbaşina bir media savaşina çixir.
qürurla deyirəm ki, o savaşi qazanir!!!
təəssüf, sonsuza qədər təəssüf, söz ustasi, əsil qələm sahibi, Əli müəllim, mən sizinlə sağliğinizda görüşməmişəm…. qardaşiniz Tariyel müəllimə çox böyük minnətdarliğimi bildirirəm ki, sizin arxivinizdə yatan bu dəyərli məlumati bizə çatdirir! Əminəm ki,hələ də, qati açilmamiş mühüm tarixi əhəmiyyəti olan yazilarinizi oxuculariniz görmür!!!
Ruhunuz şad olsun Əli müəllim! amin!
dünyanizı dəyişmiş olsaniz da, siz xalqimizin görən gözü, danişan dili kəsən iti qilincisiniz!!! və nə qədər ki, sizi əvəz edən olmayib, bu belə də qalacaq!!!