Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar ekoloji aksiya keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1№-li kitabxana filialının əməkdaşları Ətraf Mühitin Qorunması Günü ilə əlaqədar açıq havada 147 №-li Texniki-Humanitar liseyin 3-cü sinif şagirdləri ilə “Təbiətimizi birlikdə qoruyaq!” adlı ekoloji aksiya təşkil etdilər.

 Kitabxana filialının əməkdaşı Aytən Məmmədova bu günün məqsədi haqqında uşaqlara məlumat verdi. Daha sonra kitabxanaçı ətraf mühitə mənfi təsir edən əsas amillərdən, havanı və suyu çirkləndirən səbəblərdən danışdı. Kitabxanaçı uşaqlara təbiətimizi qorumaq üçün vacib tövsiyələr verdi. O qeyd etdi ki, sağlam həyat və sağlam gələcəyimiz üçün ətraf mühiti birlikdə qorumalıyıq. Ekoloji aksiya zamanı uşaqlar kitabxana əməkdaşları ilə birlikdə ağaclara qulluq etdilər, yeni əkilmiş ağac tingləri və gül kollarına su verdilər, ərazini otlardan və daşlardan təmizlədilər.