Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi birgə əməkdaşlıq çərçivəsində Yasamal rayon İ.İbrahimov adına 167 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Abonement bölməsinin müdiri Lalə Səlimova açaraq qeyd etdi ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamının icrası ilə əlaqədar kitabxanalarda, ümumi təhsil müəssisələrində ədəbi-bədii gecələr, dəyirmi masalar, digər tədbirlər keçirilir.
O, görkəmli şairin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun üç dildə – türk, ərəb və fars dillərində mükəmməl əsərlər yazdığını bildirdi.
Azərbaycan dili və ədəbiyyat müəllimi 9a sinif rəhbəri Gövhər Sadıqova çıxışında vurğuladı ki, görkəmli şair müxtəlif janrlarda çoxlu əsərlər yazmışdır. Füzuli təkcə Şərqin deyil, bütün dünyanın şairlərindən biridir. Onun poeziyası Azərbaycan bədii dilini daha da zənginləşdirmişdir. Hərtərəfli biliyə malik olan dahi mütəfəkkirin bədii-fəlsəfi irsi Yaxın və Orta Şərq ədəbiyyatında müstəsna rol oynayır və çoxşaxəli yaradıcılığı Azərbaycan xalqının mənəvi sərvətidir. Füzuli Nəsimidən sonra Azərbaycan dilində yazan ikinci böyük şairdir. Məhəmməd Füzulinin Azərbaycan dilində yazdığı ən məşhur əsəri “Hədiqətus-süəda” (“Xöşbəxtlər bağı”) 302 qəzəl və rübailərdən ibərətdir. Azərbaycan dilində olan digər böyük əsəri “Bəndu-Badə”dir (“Tiryək və şərab”).
Tədbirdə şagirdlər Murad Həsənzadə, Oruc Həsənov, Tapdıq Qarayev, Əli Bəşirzadə dahi söz ustadının qəzəllərindən parçalar söylədilər.