Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsinə şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova “Dəniz şahzadəsi Mehinin sirri” nağılnı təqdim etdi.
Yazıçı nağılda müasir dövrdə ekologiyanı korlayan, təbiətə ziyan vuran problemlərdən birini qaldıraraq, uşaqların diqqətini həmin problemə yönəldir. Balaca oxucuların diqqətinə çatdırılır ki, bizim Yaşıl Planetimiz gözəldir, insanlar onu həmişə qorumalıdır ki, o insanlara gözəllik və sağlamlıq bəxş edə bilsin.
Nağılda dəniz şahzadəsi Mehin dəniz səltənətində baş verən dəhşətləri insana göstərir və ondan kömək istəyir. O insana başa salır ki, dənizdə minlərlə balıq suya atılan sellofan torbalardan məhv olur. İnsan əlindən gələni edir ki, sularda yaşayan canlılar məhv olmasın.
Uşaqlar nağılı aşağıdakı keçiddə oxuya bilərlər: https://drive.google.com/file/d/1I28dkJmq2wZ5ss15cTG9SPap56Na-hph/view?usp=drivesdk