Mahcamal Babayeva:  Şuşamızda

8 may günü mənfur düşmənlər ŞUŞA şəhərini zəbt edəndə xalqımız əli sinəsində, dirigözlü ölüyə döndü…
Artıq neçə ildir dirilik suyunu içib özümüzə gəlmişik, doğma nəfəsimiz ŞUŞA-ya qışda iştilik, yayda sərinlik verir. Bu gün ŞUŞA şəhərinin gözəlliklərini gördüyümüz üçün onun uğrunda canını, qanını qurban edən igid oğullarımıza borcluyuq!

Həqqim verib, hər zərrə gözəldir Şuşamızda!
Gülşəndəki bülbül də özəldir Şuşamızda!

Məşhur Cıdırın indiki əhvalını sorsaq,
Söylər ki, igidlər xoş əməldir Şuşamızda!

Bərbadı abad, könlü də şad eyləyənim var,
Cövlanlıq edən bir dəmir əldır Şuşamızda!

Gördüm nə qədər təbləri çılğınları ey can!
Məclis yaradan şerü qəzəldir Şuşamızda!

Açmış gözün eşq ilə məhəbbət bu şəhərdə!
Hər bir yeni gün sülhə təməldir Şuşamızda!

Aşmış zamanın sərhədin ol Xan qızı görmüş,
Hər zərrə cəvahir ilə ləldir Şuşamızda!

Ey Mahcamal, artıq Vətən azaddı kədərdən,
Şadyanəlik etmək nə gözəldir Şuşamızda!

Mahcamal Babayeva