Asif Mərzilinin “Sonuncu əmr” romanının ictimai müzakirəsi keçirildi

Yasamal rayon MKS-nin 4 nömrəli kitabxana filialında tanınmış jurnalist, ”Təzadlar” qəzetinin təsisçisi Asif Mərzilinin “Sonuncu əmr” əsərinin müzakirəsi keçirildi.

Tədbirdə Yasamal rayon MKS-nin 4 nömrəli kitabxana filialının əməkdaşları Aynur Babayeva, Hilanə Babayeva, Ədilə Məmmədova, Tərlan Məmmədova, əsərin müəllifi Asif Mərzili, ”Əkinçi” İctimai Birliyinin üzvləri Qumru Səlimova, Azər Alısoy, Fatimə Məmmədqızı, Səmayə Güləliqızı, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin əməkdaşları Ruhiyyə Poladova, Nəzakət  Kərimova, “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva, İraq-Azərbaycan Mədəni Əlaqələrinin İctimai Birliyinin sədri Tahirə Şuşalı, T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri Böyükağa Kazımlı, Əhəd Kərimov, Zeynəb Gülməmmədova iştirak edib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Filialın müdiri Aynur Babayeva gələn qonaqları salamlayaraq əsərdə sözü gedən polkovnik-leytenant Orxan Əkbərovun həyat və döyüş yollarından söz açdı.

Filialın əməkdaşları Ədilə Məmmədova və Hilanə Babayeva əsər haqqında məlumat verdi. Əsərin real hadisələr əsasında yazıldığı, ”Qartal” ləqəbli Orxan Əkbərovun döyüş yolundan bəhs olunduğu qeyd olundu.

Əsərin müəllifi Asif Mərzili çıxış edərək kitab haqqında məlumat verdi. Qarabağ bölgəsində baş verən bir çox hadisələrin əsərdə yer aldığını qeyd etdi.

T.Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Sonra müəllif  şagirdləri maraqlandıran sualları cavablandırdı.

Sonda romanın müəllifi Asif Mərzili bu tədbirin təşkili üçün Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Lətifə Məmmədovaya və filialın müdiri Aynur Babayevaya öz təşəkkürünü bildirdi.

.