təqdim edildi
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsinə şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis “Bənövşə gülünün nağılı”nı təqdim etdi.
Yazıçı nağılda balaca oxucuları Vətənimizin zəngin təbiəti ilə tanış edərək, torpağı, təbiəti, gülləri, çiçəkləri uşaqlara sevdirir. Təbiətdə olan gül-çiçəklər təkcə gözəllik üçün deyil, onların çox mühüm əhəmiyyəti olduğunu, hətta təbii boya kimi istifadə olunması haqqında uşaqlara məlumat verir.
Yazıçı ana təbiətin sirli tərəflərini açıqlayaraq, gül-çicəklərin canlı olduğunu vurğulayır: buludlar yağış səpələyəndə otlar, güllər, çiçəklər də sevinir.
Nağıl aşağıdakı keçiddə yerləşdirilib.