Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Dəyirmi masa” keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Dəyirmi masa” təşkil edildi.

“Dəyirmi masa”da çıxış edən Oxuculara xidmət şöbəsinin Abonement bölməsinin müdiri Lalə Səlimova Ümumdünya Sağlamlıq Günü haqqında məlumat verdi. O qeyd etdi ki, 1950-ci ildən hər il  ənənəvi olaraq aprelin 7-si Ümumdünya Sağlamlıq Günü qeyd edilir.

Tədbirdə iştirak edən tibb işçiləri Vəfa Quliyeva və Xəyalə Cumayeva çıxışlarında bildirdilər ki, ölkəmizin tibb müəssisələrində insanların sağlamlığının qorunması daima diqqət mərkəzindədir. Tibb işçiləri əhali arasında sağlamlığın qorunması ilə bağlı proflaktik söhbətlər aparlar.

Kitabxananın fəal oxucusu, BDU-nun tələbəsi Sənubər Qurbanova bildirdi ki, sağlam olmaq üçün sağlam həyat tərzi keçirmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq vacibdir.

20 nömrəli məktəbin 11-ci sinif şagirdi Leyla Məmmədova və fəal oxucu Röya Qasımova insan sağlamlığına ziyan vuran zərərli vərdişlərdən uzaq olmağı tovsiyə etdilər.

Mərkəzi Kitabxananın əməkdaşları Yeganə Qafarova, Aysel Həsənova, Vəsilə İsgəndərova, Gülnarə Cəlilova, İradə Hüseynova çıxışlarında insanların sağlamlığının qorunması dövlətimizin prioritet sahələrindən biri olduğunu vurğuladılar.

Tədbirin sonunda Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar videoçarx nümayiş olundu.