«Anam — Kəlağaydı, Kəlağay — anam» adlı tədbir keçirildi.

27 mart 2024-cü il tarixdə Elm və Təhsil Nazirliyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində »Sazlı-Sözlü Kəlağayı Günləri»  çərçivəsində «Anam — Kəlağaydı, Kəlağay — anam» adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə həmin kollecin Ana dili  və ədəbiyyat müəllimi Sədaqət Əsgərova açdı. O,  Azərbaycan Kəlağayısının yaranma tarixindən və  əhəmiyyətindən söhbət danışdı.

 “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri və Kəlağayı muzeyinin direktoru Güllü Eldar Tomarlı  Kəlağayı gününün qeyd olunması ilə bağlı tələbə və müəllimlərə məlumat verdi  və qeyd etdi ki,  kəlağayımız 2014-cü ildə Azərbaycan Respublikasının Birinci Vitse -Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illiyi münasibətiylə »Sazlı -Sözlü Kəlağayı Günləri» layihəsi Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, ölkəmizin bütün bölgələrində keçiriləcək.

 Daha sonra  Prezident təqaüdçüsü və Əmək qəhrəmanı Tərlan Musayeva , «Dövlət və Qanun» qəzetinin redaktoru Yasəmən Möhübbətqızı maraqlı çıxışlar etdilər. Tələbələrin ifasında səslənən şeirlər, ifa olunan mahnı və rəqslər rəğbətlə qarşılandı . Gənc şair və sazəndə Aişə Səyyadqızının və aşıq Nərmin Cəlalzadənin ifaları tədbirə xüsusi rəng qatdı. 

Tədbir xatirə şəkilləri çəkilməklə yaddaşlara həkk olundu.