Çiçək açar doğma diyar
Nankor adamların hörməti olmaz
Qədirbilməzlərin sərvəti olmaz
Torpaq babaların yadigarıdır
Torpaq satanların qeyrəti olmaz.
Sinəsi Arazla iki bölünən
Tarix boyu adı,sanı bilinən
Qarabağın bəxti qara olubdu
Xocalıda qanlar axdı selinən
Cahada çökmələr,qabarmalar var
Çoxillik savaşlar,çox qovğalar var
Aynurə Ulduzam,arzumdur mənim
Yenə çiçək açsın bu doğma diyar
Bütöv Azərbaycan olsun bəxtiyar.
Yaxşıdı
Men «qalxdım»,sən «endin»,bağrın çatladı?
Görürsən,necedi pisliyin dadı?
Anla:»paxıllıq»dı bu hissin adı
Bu andan sən onu atsan, yaxşıdı
Gecələri rahat yatsan, yaxşıdı.
Sən hədəf,paxıllıq zəhərli oxsa
Ağrın çox olacaq, vicdanın yoxsa
Nə olar qəlbinə saf şəfqət axsa?
Sən də insanlığa çatsan, yaxşıdı
Gecələri rahat yatsan,yaxşıdı.
Sənə qoşulmağa mənim halım yox
Sənə «tay olmağa» mənim halım yox
Mənim pak hisslərə hörmətim çox-çox
Aynurəni uca tutsan, yaxşıdı
Gecələri rahat yatsan ,yaxşıdı.
GÖRƏRSƏN MƏNİ
Qarışıb suyuna yaz yağışının
Sellərin içində görərsən məni
Heyranı olduğum kür baxışının-
gizlənən küncündə görərsən məni.
Bilməm ki,necədir mənə niyyətin-
neynim məchul qalıb səmimiyyətin
Ürəyi «oxumaq»çətinmiş,çətin
Qızların köçündə görərsən məni.
Mənə qəzəl,qoşma yazanlar çoxdu
Gendən oğrun-oğrun süzənlər çoxdu
Gözəldə bir nöqsan gəzənlər çoxdu
Saflıq imicində görərsən məni
Lap qoşa çəkilsin adınla adım
Aynurə doğmadır,deyildir yadın
Alqış et,yaşayım,yazım,yaradım
Qələmin ucunda görərsən məni.
Qürurla ilə dalğalan!
Bayraqların içində yeganəsən bayrağım!
Üç rənginlə fəxrimsən,əfsanəsən, bayrağım!
Koroğlular,Babəklər öyünc yerim, dayağım
Qoca Şərqə mayaqsan! Qürur ilə dalğalan!
Yadellilər həmişə köks ötürdü,sarsıldı
Torpağıma göz dikdi,lakin sonda basıldı
Əbədi,enməz oldun, paxtaxtımda asıldın
Qoca Şərqə mayaksan! Qürur ilə dalğalan!
Həmişə sadiq olduq Rəsulzadə irsinə
Heydər baba səsini qatdı xalqın səsinə
Aynurə elan etdi bütün yer kürəsinə:
Sən yenilməz, sən haqsan! Qürur ilə dalğalan!