Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və kitabxana filiaları Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş anım tədbirləri keçirdilər.
Tədbirlərdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsi 167 nömrəli tam orta məktəbdə “Xocalı qan yaddaşımız”, Uşaq şöbəsi 158 nömrəli tam orta məktəbdə “Xocalı soyqırımı əsrin faciəsi”, Ə.Vahid adına 1nömrəli kitabxana filialında “Dirçəlişin mübarək, Xocalım!”, Q.Musabəyov adına 3 nömrəli kitabxana filialında “Xocalı harayı”, X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı Yasamal Rayon Heydər Əliyev Mərkəzində “Xocalı qurbanlarının xatirəsi anıldı” adlı tədbirlər keçirdilər.
Çıxış edənlər bildirdilər ki, bu gün bütün Xocalı şəhidlərinin, günahsız qurbanların ruhu əbədi rahatlıq tapdı. Rəşadətli ordumuz və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bütün dünyaya haqq savaşında öz gücünü, iradəsini və əzmini nümayiş etdirdi.
Tədbirlərdə vətənpərvərlik ruhunda şeirlər söylənildi, ədəbi-bədii kompozisiyalar təqdim olundu və sərgilər nümayiş olundu.