21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialı 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar  158 nömrəli tam orta məktəbin 6ç sinfində tədbir keçirdi.

 Tədbiri giriş sözü ilə açan məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəsilə İbrahimova Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışdı.

Kitabxana filialının müdiri Arzu Xudayarova Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən danışaraq hər bir xalqın ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu söylədi və bildirdi ki, tarix boyu Azərbaycan xalqı bu müqəddəs sərvəti qoruyub saxlaya bilib. Doğma dilimizin dövlət dili statusu qazanmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olduğunu qeyd etdi.

Tədbirdə “Ana dilimiz – milli sərvətimizdir” şüarınıı səsləndirən şagirdlər doğma dilimizə həsr edilən şeirlər söylədilər, mahnılar ifa etdilər.

Şagirdlər doğma dilimizə sevgi hisslərinin əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.