Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Uşaq şöbəsi 20 Yanvar faciəsi ilə əlaqədar 158№-li tam orta məktəbdə “Unudulmaz tarix” adlı tədbir keçirdi.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Uşaq şöbəsinin əməkdaşı Vəsilə İsgəndərova Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20 Yanvar faciəsinin tarixindən məlumat verdi. O qeyd etdi ki, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan 20 Yanvar şəhidləri qəhrəmanlığı ilə Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək oldular. Sonra şagirdlərə faciənin tarixini əks etdirən kitablar və fotoşəkillərdən ibarət sərgi haqqında məlumat verildi.
Tədbirdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunan şeirlər söylədilər.