Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsinin 20 illiyi ilə əlaqədar tədbir keçirildi

Yanvarın 12-də Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı İlqar İbrahimov adına 167 № -li tam orta məktəbdə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 20 illiyi ilə əlaqədar tədbir keçirdi.
Tədbiri A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri vəzifəsini icra edən İradə Hüseynova açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamının imzalanmasının 20 illiyi ilə əlaqədar məlumat verdi. O qeyd etdi ki, Sərəncamla nəşr olunan kitablar Azərbaycanın bütün kitabxanalarına hədiyyə olundu, bununla da onların fondlarını zənginləşdirildi.
167№-li məktəbin kitabxana müdiri Məlahət Rəvanova və ibtidai sinif müəllimi və psixoloq Samirə Məmmədova də kitabların latın qrafikası ilə nəşr olunmuş Azərbaycan əlifbasında artıq həyatımızın bütün sahələrində tam yerini tutmasının ən vacib məsələlərindən biri olduğunu söylədilər.
Böyük biblioqraf Dəniz Vətəni Azərbaycan ədəbiyyatı, mədəniyyəti və müasir dövrdə gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi haqqında məlumat verdi.