Bir çox dövlətlərdə Dağıstan Respublikasının xalq şairi Rəsul Həmzətovun 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər, festivallar keçirildi. Belə tədbirlərdən biri də Azərbaycanda təşkil olundu.
Dağıstan Respublikası Mədəniyyət Nazirliyində yubilyara həsr olunmuş videosujet hazırlanmışdır. Videosujetdə Bakı şəhərində keçirilən tədbirdən də fraqmentlər yer almışdır. AYB-də “İrs” komissiyasının üzvü, AYB-nin Sumqayıt şöbəsinin məsləhətçisi, həmçinin “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və “Zərif” Qadın Ədəbi Məclisinin sədri, “mitmedia.az” saytının rəhbəri, Prezident mükafatçısı, tanınmış şair Xatirə Fərəcli Rəsul Həmzətovla bağlı fikirlərini söyləmişdir. O, vurğulamışdır ki, “mən Rəsul Həmzətov yaradıcılığı ilə çoxdan tanışam. Uşaq yaşlarından onun yazılarını böyük maraqla oxumuşam. Əsasən Rəsul Həmzətovu mənə sevdirən onun“Mənim Dağıstanım” kitabı oldu. Bu kitabı oxuduqdan sonra o insana bir vətəndaş, şəxsiyyət, ədib kimi daha çox rəğbətim artdı”.
Onu da qeyd edək ki, X. Fərəcli R.Həmzətova həsr olunan esse müabiqəsində I yerə layiq görülmüş və Dağıstan Respublikasına dəvət alaraq rəsmi şəkildə mükafatlandırılmışdı.
A. Hacıyeva