“Həmrəy olaq, bir olaq”

                                                                                                        

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində “Həmrəy olaq, bir olaq” adlı tədbir keçirdi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndi və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin Təlim-tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyeva tədbir iştirakçılarını salamdı və bayram münasibəti ilə təbrik etdi. O, çıxışında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Azərbaycan tarixinə təntənəli bir bayram kimi daxil olmasından, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bu tarixin təməlinin qoyulmasından danışdı.
Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində tarixi fəaliyyətindən danışdı.
Məktəb kitabxanasının müdiri Səbinə Abbasova çıxış edərək bildirdi ki, bu gün xalqımız həmrəy olaraq işğaldan azad olunmuş ərazilərimizin dirçəlməsində, bərpa olunmasında yaxından iştirak edir.
Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnarə Cəlilova çıxışında bildirdi ki, Zəfərimizdən sonra həm xaricdə yaşayan soydaşlarımız, həm də ölkəmiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü daha fəxrlə, qürur və sevinclə qeyd edir.
Tədbirdə iştirak edən məktəbin müəllimləri Səyyarə Hümbətli və Elnarə Məmmədova hər bir azərbaycanlı üçün bu bayramın doğma və əziz olduğunu bildirdi.
Məktəbin şagirdləri Amin Mahmudov, Nihat Orucov, Əli Orucov, Əbdülqasım Qənirli, Pərvin Tahirzadə və Nərgiz Qədimova şeirlər söylədilər.