Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə yeni yazdığı “Günəş və təkəbbürlü Sərv ağacı” əfsanəsini təqdim etdi.
Əfsanədə yazıçı gözəl təbiətdən, Yaradanın bizə bəxş etdiyi nemətlərdən, qoca bağbanın həvəslə əkdiyi ağaclardan bəhs edir. Qoca Bağbanın böyüdükdən sonra sərinlənmək istəyənlərin məkanı olsun, əkənə rəhmət oxusun deyə yol kənarında əkdiyi rəhmət ağacından danışaraq bunun Allah rizası üçün xeyirli bir iş olduğunu vurğulayır.
Əfsanədə gənc, dəliqanlı Sərv ağacının əsrlərin şahidi olmuş qoca Çinar ağacı ilə dialoqu, Sərv ağacının bağışlanmaz səhvləri, Çinar ağacının inciməsi gözəl bədii dildə təsvir edilir. Günəşin qəzəbi və Sərv ağacının öz səhvini başa düşməsi əslində ağacların dili ilə oxuculara böyüklərə hörmət etməyi, dost qazanmağı, lovğa və təkəbbürlü olmamağı tövsiyə edir.
Əfsanə aşağıdakı keçiddə təqdim olunur:
https://docs.google.com/document/u/0/d/1PBX4zI-JnRzkM6Sy1quxWcJrZ7MVdtk4/mobilebasic