“Yaradıcı oxucularımız” layihəsinə yeni şeirlər təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair Qadir Hüseynov öz şeirlərini kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə təqdim etdi. Qadir Hüseynov ilk şeirini 3-cü sinifdə yazıb. Şairin Vətənə, torpağa, Qarabağa, şəhidlərə, valideynlərə, müəllimlərə, sevgiyə, məhəbbətə və s. həsr etdiyi 1500-dən çox şeiri var.
Müəllif “Onsuzda gedənin var bəhanəsi” və “Sənin üçün çox qorxuram, əzizim” şeirlərində gah acizəm bəxtsizlər kimi deyərək itən eşqini qaytarmaq istəyən, gah da sevgilisinin inciməsindən, yorulmasından, dərdinin olmasından qorxan lirik qəhrəmanın obrazını yaradır.
Onsuzda gedənin var bəhanəsi
Çox ola bilər ki, mən səhv edirəm,.
Ya da ki, acizəm bəxtsizlər kimi.
Bir deyən yoxdur ki, hara gedirəm,
Mən necə qaytarım itən eşqimi.
Bilirəm ki, yüksək tutduqların var,
Mən sənin gözündə bir qum danəsi.
Getmək istəyirsən yaxşı yol sənə,
Onsuzda gedənin var bəhanəsi.
Əllərim göylərdə yalvarıram mən,
Məni əzablardan qurtaraydın kaş.
Allahım, sən onu yaratdığın tək,
Məni də sən daşdan yaradaydın kaş.
Sənin üçün çox qorxuram, əzizim
Çox istərdim heç bir dərdin qalmasın,
Tale səni incitməsin, yormasın.
Üzünü gülsün, göz yaşların olmasın,
Sənin üçün çox qorxuram, əzizim.
Sən üzülmə, mən üzülüm razıyam,
Taleyinə gec yazılmış yazıyam.
İz saldığın yollarının tozuyam,
Sənin üçün çox qorxuram, əzizim.
Külək əsib tellərinə dəyməsin,
Arzuların işıqlansın sönməsin.
Bəla mənə gəlsin, sənə gəlməsin,
Sənin üçün çox qorxuram, əzi