Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, şair, professor Solmaz Amanova kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “And” şeirini təqdim etdi.
Şeir çox maraqlı və ibrətamiz notlara köklənib. Anasını yuxusunda görən oğul onun ruhunda qaynayan gücə heyran olduğunu deyir. Ana övladına nəsihət edərək deyir ki, Vətən mərd oğulları, igid oğulları sevir. Oğul and içərək Vətənə arxa olacağını vurğulayır.
AND
Ay ata, baş əyib, and içirəm mən
Mənə arxalana biləcək Vətən!
Yuxuma gəlibdir anam bu gecə,
Heyranam ruhunda qaynayan gücə.
Deyir: – Gözəlləşib hər tərəf, oğul,
Çıxmır yaddaşımdan doğmalar bir an.
Bunu yadda saxla, gəncsən, cavansan
Sənə böyük ümid bəsləyir zaman.
Vətən sevgisini, məhəbbətini,
Oğul, bir alınmaz qalaya çevir!
Bunu bil, Vətənim mərd oğulları
İgid oğulları hər zaman sevir!