Sosial mediadan da hər kəsə məlum olduğu kimi, Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin sakini, 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixatiriya Xəstəxanasına köçürülubdür.
Bununla əlaqədar olaraq, Qadın və Uşaqların İnnovativ Maariflənməsinə Dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova, Sağlam Gələcək Naminə QHT Koalisiyasının sədri Nərminə Qəribova, Qadın və Uşaqların Təhsilinə Dəstək İB-nin sədri Sevinc Fədai, Qadın Dünyası İB-nin sədri Kifayət Niftaliyeva, Səhiyyə və Sağlam Həyat İB-nin sədr müavini Könül Əlizadə, Bakı şəhər Xətai Bələdiyyəsinin üzvü, ictimai fəal Səbinə Abdullayeva 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun 3 saylı uşaq evində üzləşdiyi problemlər və Maştağa qəsəbəsindəki Respublika Psixatiriya Xəstəxanasına köçürülməsi ilə əlaqədar komissiya yaradaraq, həmin xəstəxanada oldular.
Vətəndaş cəmiyyəti nümayəndələri adıçəkilən həmin uşaqla görüşərək söhbətlər aparmış, onda ilk baxışdan hər hansı bir ruhi xəstəliyin olmamasının şahidi olduqlarını bildirirlər. Eyni zamanda onun təhsildən geri qalmaması üçün bu günlərdə Təhsil Nazirliyinə və digər əlaqədar təşkilatlara müraciət edəcəklərini bildirdilər.