Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu “Heydər Əliyev İli” ilə əlaqədar 2023-cü il üçün Bişkekdə keçiriləcəyi nəzərdə tutulan tədbirlər planı hazırlayıb DƏR
Qırğızıstanda və Azərbaycanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi və maliyyəsi ilə indiyədək Bişkekdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin Azərbaycanda apardığı islahatlar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyəti ilə bağlı 140 kitab çap olunub, pulsuz paylanıb və Fond öz ənənəsinə sadiq qalaraq bu fəaliyyətini davam etdirir.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Bununla əlaqədar Prezident İlham Əliyevin 2022 ci il sentyabrın 29-da imzaladığı sərancamla Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu tədbirlər planını işləyib hazırlayıb.
Tədbirlər planına əsasən fond Qırğızıstanda bir sıra silsilə tədbirlər həyata keçirməyi planlaşdırır.
“Мгновения жизни, подаренной народу”, “Xalqa bağışlanmış ömürdən anlar”, “Победоносный Главнокомандующий: -Ты свободна, родная Шуша!” (“Müzəffər Ali Baş Komandan:- Əziz Şuşa sən azadsan!”, «От руководителя пресс — службы МИД до помощника Президента»- “Mətbuat xidmətinin rəhbərliyindən prezidentin köməkçisinə qədər” (2 cilddə) kitablarının rus dilində nəşrini hazırlayır. “Heydər Əliyev ilinə” töhfəmiz olacaq qiymətli bilgilər mənbəyi olan bu kitablarda Ulu Öndərin layiqli davamçılarının fəaliyyəti öz layiqli yerini tapıb və kitabların pulsuz olaraq qırğız oxucularının ixtiyarına verilməsi nəzərdə tutulur.
Oxucu, kitablarda Ulu Öndərin xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla izləyə biləcək. Bundan başqa kitablarda 44 günlük zəfər müharibəsində Ulu Öndərin layiqli davamçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin yorulmaz və möhtəşəm fəaliyyəti müsahibələrində, müraciətlərində, brifinqlərində, görüşlərində öz əksini tapıb.
Moskvadakı “Yeltsin Mərkəzi” ilə birgə “Planetlə dialoq” filmi isə Rusiya paytaxtında çəkilib və gələn il “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin birində təqdimatının keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstanda rəsmi səfərdə olarkən oktyabr ayının 11-də TDSDF-nun sifarişi ilə çəkilən “Iki dahi şəxsiyyət” filminə MTRK kanalında baxıb və yüksək qiymət verib.
Səfər zamanı Qırğızıstan Prezidenti Sadır Japarov TDSDF-nun sifarişi ilə Ulu Öndər Heydər Əliyevlə bağlı hazırlanan fotoalbomu dövlətimizin başçısına təqdim edib.
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib: “Hörmətli İlham Heydər oğlu, bizim ölkədə Heydər Əlirza oğlu Əliyevin olduqca çox pərəstişkarı var. Bu, boş sözlər deyil. Bu, sübutdur – mən əlimdə “Azərbaycan xalqının dahi oğlu Heydər Əlirza oğlu Əliyev barədə xatirə” albomunu tutmuşam. Bu albomu onun pərəstişkarları hazırlayıblar və məndən xahiş ediblər ki, onu Sizə çatdırım. İcazənizlə Sizə təqdim edirəm.” Həmin albom Türkdilli Dövvlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə hazırlanıb. MTRK (Milli TeleRadio Kompaniyası) rəhbərinin imzası ilə bizə göndərilən təşəkkür məktubunda dediklərimiz öz əksini tapıb. (Sübut üçün təşəkkür məktubunu əlavə edirəm).
Prezident İlham Əliyev isə cavabında deyib: “Hörmətli Sadır Nurqojoyeviç. Belə xatirə hədiyyəsinə görə sağ olun. Biz burada videokadrlarda Heydər Əlirza oğlunun “Manas”ın minilliyi təntənələrində iştirakını gördük və bizim nümayəndə heyətimizin bütün üzvləri, — mən onların hisslərinə şərikəm, — eyni hissləri, fəxarət hisslərini, onun Azərbaycan və Qırğız xalqlarının qardaşlıq yolunu davam etdirdiyimizlə bağlı hissləri keçirdik. Lakin Siz mənə hələ bir kitab da bağışlamısınız.
Prezident Sadır Japarov: Bu, sadəcə, qırğızlar haqqındadır.
Prezident İlham Əliyev: Qırğızlar haqqında Azərbaycan dilində kitabdır. Bu kitab ona görə hörmətə layiqdir ki, biz öz dillərimiz — ortaq köklərə malik Azərbaycan dili və Qırğız dili vasitəsilə bir-birimizi anlamalıyıq, bir-birimizin tarixi ilə fəxr etməliyik və bu gün razılaşdığımız kimi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bizdən asılı olan hər şeyi etməliyik”.
Xatırladaq ki, kitab 4 dilə tərcümə edilib. Nəşr Azərbaycan dilinə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə çevrilib. Kitabın ilk səhifəsində fond haqqında xatırlatma var.
Kitabda qırğızların adət-ənənələri, tarixi, dahi şəxsiyyətləri haqqında məlumatlar toplanıb.
Qeyd edək ki «От руководителя пресс — службы МИД до помощника Президента»- “Mətbuat xidmətinin rəhbərliyindən prezidentin köməkçisinə qədər” ikicildliyinin tərtibçisi Özbəkistanın beynəlxalq «Altın qalam» mükafatı laureatı Qulu Kəngərlidir
Dərin hörmətlə,
Nüsrət Məmmədov
Türkdilli Dövlətlərin siyasətinə
dəstək fondunun Prezidenti