Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi“Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı layihəsinin gerçəkləşməsi üçün komanda olaraq səfərbər olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi“Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı layihəyəsinin gerçəkləşməsi üçün komanda olaraq səfərbər olunub.
İctimai Birliyin sədri Faiq Balabəylinin redaksiyamıza verdiyi xəbərə görə bayram şənliyi və ziyafət üçün nəzərdə tutulan və layihənin fəaliyyət planına uyğun olaraq bütün işlər görülüb.
Xatırladaq ki, “ DSD” İB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə “Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” adlı müsabiqənin Sosial xidmət sifarişi üzrə N:93 01 dekabr 2022-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq tədbirin fəaliyyət planı üzrə aşağadakı işləri görüb.
Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Qarabağ uğrunda şəhid olan Dənizçi ailəsiüzvləri və övladları, eləcə də müharibə iştirakçıları üçün nəzərdə tutulan hədiyyələr alınıb, intellektual oyunların qalibləri üçün təqdim ediləcək sertifkatlar və xüsusi hədiyyələr alınıb;
Bayram şənliyinə qatılacaq tanınmış sənət adamları, yazarlar və digər qonaqlarla görüşlər keçirilib, onların şəhid ailələri və müharibə iştirakçıları üçün veriləcək ziyafət-konsertdə iştirakları razılaşdırılb;
Bayram şənliyinə hazırlıq üçün tanıtım vərəqi, bukletin və Roll apun dərc olunub, bəzədilməsi üçün Yolka alınıb.
Xatırladaq ki, DSD İB -nin komandası tərəfindən həyata keçirilən layihə 1 ay müddətinə nəzərdə tutulub və tədbir dekabr ayının 25-də Bakıxanov qəsəbəsindəki möhtəşəm saraylardan birində keçiriləcək.
Tural Balabəyli
DSD İB-nin idarə heyyətinin sədr müavini
Lahiyənin mətbuat üzrə kordinatoru