Yeni şeirlər: Fikrət Şahbazlı

Solur

Payızdı güllər,çiçəklər
Axşam sazağında solur.
Öpüb oxşasan da yenə,
Güllər qucağında solur
.
Açılırdı günü görcək,
Boylanırdı göyçək-göyçək,
Bağbanın sevdiyi çiçək,
Bağbanın bağında solur.

Sığallamır göz,əl gülü,
Kim sevəcək xəzəl gülü,
Dünyanın ən gözəl gülü,
Ən gözəl çağında solur.

Fikrət Şahbazlı