QALİB LAYİHƏ – TEXNOLOJİ BACARIQLAR

Elm və Təhsil nazirliyinin keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində Ağdaş rayon TTH təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi Kəmalə Məcidovanın “Texnoloji bacarıqlar” adlı layihəsi də qalib layihələr sırasında olmuşdur.  

Müstəqil.Az-ın lahiyə rəhbərindən əldə etdiyi məlumata görə Layihə dərslərin tədrisi zamanı ən çox rast gəlinən problem – şagirdlər üçün texnologiyanın əlçatan olmaması və onun yolları mövzusundadır.

Məlumdur ki, hazırda texnologiya ümuntəhsil məktəblərində tədris olunan ən mühüm və vacib fənlərdən biridir. Həyati bacarıqların əsasını texnoloji bacarıqların təşkil etdiyi hər kəsə məlumdur. Ancaq yalnız internetdən izlədikləri videolarla şagirdlərdə bu cür bacarıqların formalaşması absurd fikirdir. Belə bacarıqların formalaşması üçün ilk öncə dərs prosesi fənnin adına uyğun olaraq səmərəli qurulmalıdır. Bu layihənin də əsas məqsədi məktəbdə bu cür otaqların yaradılması olmuşdur. Bu layihə ilə Ağdaş şəhərində, eləcə də rayonun ən prestijli təhsil ocağı olan M. Şeyxzadə adına THT təmayüllü internat tipli Gimnaziyada müxtəlif avadanlıqlarla – kiçik mətbəxi, tikiş maşınlarının və vəsaitlərınnin olduğu, müxtəlif dəsgahları (xarrat dəsgahı, burcu dəzgahı, xalça dəzgahı ) olan modul tipli “Texnoloji bacarıqlar ” otağını yaratmaqdır. Bu otaq məktəbin 5-9-cu sinifləri, yəni 10 – 14 yaşlı şagirdləri üçün nəzərdə tutulur. Bu otaq yalnız bir il deyil, gələcək illərdə də şagirdlərə xidmət edəcəkdir.
Layihə öz işinə başlayarkən ilk öncə şagirdlər arasında anket – sorğu keçirərək, iştirak edəcək şagirdləri müəyyənləşdirmişdir. Layihənin icrası üçün Gimnaziyada 2 otaq ayrılmış, nəzərdə tutulan avadanlıqlar alınmış və otaqlar avadanlıqlarla təmin olunmuşdur. Öncədən müəyyənləşdirilmiş təlimçilər layihə iştirakçıları üçün təlimlər keçirmişdir.
Hazırda layihə öz işini davam etdirir. Gözlənildiyi kimi, layihə şagirdlər arasında böyük maraq doğurmuş və yalnız layihə müddətində deyil, sonrakı illərdə də müəllim və şagirdlərin xidmətində olacaqdır.
Layihə rəhbərini qazandığı uğurlara görə təbrik edir və gələcək işlərində böyük uğurlar arzu edirik.