Noyabrın 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə «Milli-mənəvi dəyərlərin təbliğində #QHT və #dini icmaların rolu» mövzusunda regional konfrans keçirilib.
Konfrans çərçivəsində #Qəbələ rayonunun #Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, «#Azərbaycan #Udi Ocağı”, “#Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib.
Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.