«Şəhid ailələrinin və qazilərin hüquqi təminatı»

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
«Şəhid Analarına Dəstək» İctimai Birliyinin «Şəhid ailələri və qazilərin hüquqi təminatı» layihəsi çərçivəsində növbəti tədbir Sumqayıt şəhərində keçirildi.
Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əsas məqsəd şəhid ailələri və qazilərin hüquqi təminatında mövcud problemlərin hüquqi çərçivədə həlli yollarının tapılması idi. Maarifləndirmə tədbirində şəhid ailələri , müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə » Şəhid Analarına Dəstək» İctimai Birliyinin sədri şəhid anası Ceyran Həsənova açdı. Ceyran xanım gələn qonaqları salamladı və tədbirə başlanmızdan əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra, Ceyran xanım Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə «Şəhid Analarına Dəstək» İctimai Birliyinin «Şəhid ailələri və qazilərin hüquqi təminatı» layihəsi çərçivəsində maarifləndirmə tədbirinin ikinci görüşünün Sumqayıt şəhərində keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd etdi ki , ölkənin həssas qrupları olan şəhid ailələri və müharibə iştirakçılarımızın hüquqi təminatı ilə bağlı onları maraqlandıran məsələlərin dəyirmi masa ətrafında müzakirə olunması , qarşılaşdıqları problemlərin hüquqi təminatınının təmin olunmasını zəruri prosesdir.
Sonra söz Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımova verildi.
F. Kazımov görüş iştirakçılarını salamlayaraq , Sumqayıt şəhərində şəhid ailələri və müharibə iştirakçılarının təminatı ilə bağlı şəhər rəhbərliyi çərçivəsində görülən işlərdən danışdı. F. Kazımov cəmiyyətin həssas qruplarına diqqət və qayğının hər bir vətəndaşın mənəvi borcu olduğunu qeyd etdi.
Layihənin eksperti hüquqşünas, qazi Vüqar Dadaşov şəhid ailələri və qazilərin hüquqi problemlərinin tam olaraq aradan qaldırılması üçün belə müzakirələrin tez- tez keçirilməsinin vacibliyindən danışdı.
«Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək» İctimai Birliyinin sədri, ehtiyatda olan kapitan Taleh Əliyev Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həssas qruplarla bağlı layihələrin həyata keçirilməsinin çox əhəmiyyətli olmasından bəhs etdi və bu səpkidə layihələrin davamlı olmasının vacibliyini qeyd etdi.
Görüşdə şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Niyaməddin Ələkbərovun anası Həcər Ələkbərova, şəhid Əlizamin Mustafalının anası Ülviyyə Nəbiyeva, şəhid Şöhrət Qasımovun atası Şakir Qasımov, qazi Həsən Yaqubov, şəhid Taleh İsmayılovun xanımı Nəzakət xanım, qazilər Məhəbbət Rəhimov, Ariz Hüseynov, Sərdar Ağayev və Əziz Əzizov onları maraqlandıran məsələləri müzakirəyə çıxardı və qaldırılmış məsələlərlə bağlı disskusiyalar bu səpkidən olan görüşlərin tez- tez keçirilməsinin əhəmiyyətli olduğunu təsdiqlədi.
Rəsmi hissədən sonra müzakirələr çay süfrəsi arxasında da davam etdirildi.