“Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin elanı

(Məktəblilərin nəzərinə)

Mədəni İnkişafın Təbliği” İctimai Birliyi  “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Ürəyimdə sözüm var” layihəsi çərçivəsində orta məktəb şagirdlərinin iştirakıyla Şuşa, Qarabağ mövzusunda olan şeirlərin qiraət müsabiqəsini keçirir.

İştirakçılara təşkilat tərəfindən hazırlanmış xüsusi köynək və papaqlar paylanacaq. İştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək, qaliblər diplomla təltif olunacaq. İştirak etmək istəyənlər “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin sosial şəbəkədəki eyni adlı feysbuk səhifəsinə müraciət edib əlaqə saxlaya bilər.