Əliriza Zihəq

Günləri saymadan dostluğu sayaq

Şair dostum Xatirə Fərəcliyə.

Axışar qəlbimə ümmanlar sayaq,
Xəyalın, xatirən könlümə dayaq,
Gunləri saymadan dostluğu sayaq
Gəl haraylar çəkək, sınsa da qanad.

Qarşıda uğurlar gözləyir bizi ,
Var olsun el -oba, yaşasın izi,
Zəfərlər qazansın oğulu, qızı
Toplayaq gül- çiçək, sınsa da qanad.

Dedin bir damcıyam, şehəm, yağışam,
Ağlayan yas tutan gözlərə qaşam,
Sel tək vulkan olub gər coşam -daşam
Körpülərdən keçək, sınsa da qanad.

Tanrinin lütfüdür yurdumun qarı,
Pətəkdə toy tutub oynayar arı,
Aşıqlar saz çalın, çatladın narı,
Suyundan ta içək, sınsa da qanad.

Yurdumun olsa da çoxlu qalası,
Arazda sağalar Babək yarası,
Nəcabət haylayan sellər Sarası,
Yaramdan tikan çək, sınsa da qanad.

Öz ölkəm bilirəm dostun ölkəsin,
Budaqlar ceyrani bala seyrəsin,
Unutmam ellərin gülən çöhrəsin
Ağa dönsə birçək, sınsa da qanad.

Əliriza Zihəq.