Gecə nəğməm aydır,
ulduzdur,
gündüzün mahnısı
günəş, nur.
Sən mənim hər zadımsan,
həyatımı parladırsan.
Topraq kimi al bağrına
və içir mənə,
buludların şırıl-şırıl
axan can suyunu.
Gül açdır, güldür,
Gül – çiçək et həyatımı.
Adın dodaqlarımda,
Gülüşün can evimdə,
Varim, varlığım sənsən.
Aşıb daşım səninlə
Sən də ki yağış tək
çiləyirsən
canımı mənim.
Bilmirəm haçan,
Amma yəqin
dirçəlib boy atmaqla
güllər açıb güləcəyəm,
sabahlari yaşıllıqda
eşqi mey tək içəcəyəm.
Gülləri sənsiz unudaram,
günləri amma yox.
Mövsümlərdən keçirəm,
soyuqlardan ötürəm
səndən heç keçəmmirəm.
Sənsiz illər, aylar
buz olub şaxtaya dönsə də,
sənli günlər
canıma can qatır.
O günləri xatirladıqca
sevginin gülləri
könlümə nur saçır.
Əlirza Zihəq.