Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dalidag.az saytının baş redaktor müavini, istedadlı şair Sevinc Qəriblə görüş keçirilib.
«DƏLİDAĞ» Ədəbi
Birliyinin təşəbbüsü və S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə
keçirilən tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Sonra şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə kitabxananın müdiri Yeganə Əhmədova açaraq, qonaqları salamladı və görüşün mahiyyəti,
eyni zamanda Sevinc Qəribin yaradıcılığı barədə danışdı.
Tədbirin aparıcısı şair, jurnalist Namiq Dəlidağlı çıxışında müəllifin yaradıçılığındakı xüsusi məqamlara
toxundu. Natiq S. Qəribin «DƏLİDAĞ» Ədəbi Birliyi və eyni
adlı saytdakı fəaliyyətini yüksək dəyərləndirdi. N. Dəlidağlı birlikdəki və
saytdakı səmərəli fəaliyyətinə, yaradıcılıq sahəsindəki uğurlarına, ədəbi
nailiyyələrinə görə şairə Fəxri fərman və hədiyyə təqdim etdi.
Sözü müəllifə verdi. S.Qərib qonaqları salamlayaraq, görüşün
təşkilatçılarına, təşəbbüskarlara öz təşəkkürünü bildirdi.
Kitabxananın əməkdaşı Xəyalə Seyidnurova müəllifin həyat və yaradıcılığı haqqında
oxucuları məlumatlandırdı.
Şairlərdən Ofelya Babayeva, Firdovsi Cəfərxan, Qənirə Mehdixanlı, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Lilpar Cəmşidqızı, Gülnar Ümid, Süleyman Sərraf, Məryəm Aslanqızı, jurnalistlərdən Aygün Hacıyeva, Rəna Təbəssüm, «Sumqayıtfakt.Az» saytının əməkdaşları Loğman Əhməd, Natiq İsmayıloğlu, Vüsal Ağa, Sumqayıt MİHİ-nin sədri Şahin Şəfiyev və başqaları öz çıxışlarında Sevinc Qəribin
poeziyasının özünəməxsusluğundan, müəllifin fərqli üslubu və öz yolu olmasından
söz açdılar, şeirlərindən nümunələr səsləndirdilər.
Tədbirdə müəllif yeni nəşr olunmuş «Ovcun əllərimin
isti yuvası…» şeirlər kitabını oxuculara təqdim etdi.
Tədbir boyunca S. Qərib yeni şeirlərini oxudu və oxucuların
suallarını cavablandırdı. Sonda müəllif bir daha tədbirin təşkilatçılarına və
bütün
iştirakçılara minnətdarlığını bildirdi, xatirə şəkilləri çəkildi.
Nigar Nəriman