Dünyanın 60-dan çox ölkəsinə öz təbii məhsullarını ixrac edən Korporasiyasının şəbəkə sistemi ölkəmizdə də uğurla fəaliyyət göstərməkdədir.
Bu günlərdə SW Beynəlxalq Şirkətinin Quba şəhərində (“Cənnət bağı”nda) Avto Yürüş Festivalı keçirildi. Festivalda Azərbəycanın bir çox bölgələrində fəaliyyət göstərən bölmələrin liderləri öz komandaları ilə iştirak etdilər.
İlk öncə Şirkət və onun məhsullarına, həmçinin az zamanda yüksək bal toplayaraq nailiyyətlər əldə etmiş xanımlara həsr olunmuş videoçarx nümayiş olundu. Daha sonra uğura imza atan liderlər Sibir məhsillarının keyfiyyətindən və ən yüksək səviyyəyə necə qalxmalarından söz açdılar, öz həyat hekayələrini danışdılar. Tədbirin sonunda şirkətin fəal əməkdaşlarına SERTİFİKATlar təqdim olundu.
Çay dəstgahı arxasında davam edən tədbir xatirə şəkilləri çəkilməklə yaddaşlara həkk olundu.
***Tədbirdə Korporasiyanın Sumqayıt bölmələrinin birinin rəhbəri – lider xanım Xalidə Məmmədli bir qrup fəal xanımları mükafatlandırdı.