Qucaq-qucaq ışıqdır
Dənizə qonaq,
gəmilər köç salıb Xəzərə gecə.
Bəyazlıq nur saçır
ucalır göyə
ne gözəlsen Bakım, nə gözəl!
Qızların bəxtəvər, guluş qaynağı
insanlar saf zulal, bulur çeşməsi,
cavanlar daşıyır eşqin yukunu
səadet qaynağı
sevinc qaynağı.
Şeirin, sənətin vardır hörməti
ne fikirlər yasaqdır, ne de duyğular.
Musiqin can verir yorquna, xesteye, aşiqə
canımsan, gözümsen, sevimli Bakim.
Dalğalar dəryani titrədən kimi
vüsalın titrətdi mənim qəlbimi.
Arazdan keçərkən and içdim inan
bir ovuc torpağıni
sayrışan, parlayan ulduzlar sayaq
borc edib qəbrimə sovrularaq.
***
Bahar gəlib
mənim sevgim gul aça.
Gəzib dolaşsamda çox diyarları
Görmədim sənin tək gözəl ay Bakı!
Yedim dostların duzun, əkməyin,
Daddım suyunu, gördum üzünü.
Simanda səma da butun gücüylə
Səsləyirdi yaşa, can Azərbaycan!
Azadlıq vurğunu mən tək insana
yaşayış ahəng olub
Seadətim tam.
Doğma dildə sevgilisin səsləyən,
öpüşlər verən adaxlı qızlar
Çəməndə oynayan qönçəli gül tək
ətirlər saçırdı həyata inan
Saçlar dalğa- dalğa küləyə qonaq
ne şadliq yasaqdır, nə gulmək Bakı!
Nəsibim olmadi Gəncəylə Qazax
həsrətim yaşadi ötən illər sayaq
gələ billəm mi yenə görəm onlari ?
qorxuram yaşlanam ayaq gəlməyə
ayaq gəlsə də ömür yetməyə
nisgillər çülqaya urəyi, canı.
Sumqayıt amma bir cənnət təki
bağrımın başında bir xatirə qoydu.
İnceyurd oldu hər baği çiçəyi.
Döyünən çırpınan ürəyimlə mən
İlyas peyğəmbərin padişahlığın
Xəzərin sahilində bir günəş gördum
nece ki bir ıncə rəngli pərvanə
sehirli vuqarli varlığı ilə
məni öz yurduna qonaq eylədi
unutmaram xatirəni Sumqayıt.
Dönərkən Təbrizə, Xoya
dağların kəmərli ətəklərində
Bir ağ kəmər görüb vurğunu oldüm.
Yada saldım
Bakıni, Nizamini, bulvarı,
İçərişəhərdəki darışlıq kuçələri,
O nar kimin elin goyçəyin.
Qızqalasıda bir xatirə oldu.
Min ulduz gördum bir məzarda mən
öpdüm hər birini bir səcdəgah tək,
Suleman Rüstəmi, Üzeyir bəyi
şeirlər oxurkən nəğməli gördum,
Rəşid Behbudovun, o böyuk insanın
mahnısını bir pərçəm kimi
dünyanın hər dağında asılı gördüm.
Hələlik, dostlarim hələlik!
Bizim də burda Şəhriyarımız var, Səhəndimiz var,
qeyrət məkani Təbrizimiz var, Zənganımız var,
Vurğunun adaşi Behrəngimiz var.
Çaylarımızda Oqyanusa yol döyən
bir balaca qara balıq
kitablarca nağılımız var.
Çörəyin hörməti
Azərbaycanın şöhrəti
Türk dilinin
Ad- sanı var !
min xatirə oldu bir xatirə
hələlik dostlar,
dua edin elə, obaya
burda külək yaman əsir.
Xoy — 2022