UĞURA İMZA ATAN KOMANDA

UĞURA İMZA ATAN KOMANDA

“Sibirskiy Zdorovya” – artıq neçə illərdir insanların əksəriyyətinin beyninə həkk olunmuş, qəlbində yer almış, sağlamlığın açarı olan Korporasiya!

“Siberian Wellness” Korporasiyasının tarixi 1996-cı ildən başlayır. Həmin vaxt 20 yaşlı iki gənc sahibkar, rus elmi işlərin kütləvi bazarlarda təbliğ olunması üçün, insanların sağlamlığının mühafizəsi sahəsində perspektivli  bir şirkət yaratdı. 5 il ərzində şirkətin çeşidləri bir neçə dəfə: üç sadə məhsuldan yüzlərlə müxtəlif adlı məhsullara qədər artdı ki, bunların da çoxu Rusiya bazarında aparıcı yer tutdular.
        Zamanla şirkətin məhsullarına olan yüksək tələb tezliklə özəl müəssisə yaratmaq məsələsini ortaya qoydu və bu məqsədlə 1999-cu ildə «Siberian Wellness» Korporasiyasının ilk istehsal kompleksi istifadəyə verildi.

2001-ci ildə Korporasiyanın bütün elmi tərəfdaşlarını birləşdirən “Elmi-innovasiya mərkəzi” yaradıldı. Bu, şirkətə daimi elmi mübadilə təşkil etmək və artıq 2007-ci ildə ilk patentlərini almış yeni reseptura və məhsulları yaratmaq imkan verdi.
2005-ci ildə Şirkət beynəlxalq bazara çıxdı…

Bu gün “Siberian Wellness” Korporasiyası dünyanın 60 dan çox ölkəsinə öz təbii məhsullarını ixrac edir. Bu ölkələr sırasında Azərbaycan Respublikası da var. Ölkəmizin bir çox regionlarında Korporasiyanın şəbəkə sistemi uğurla fəaliyyət göstərərək bir çox nailiyyətlərə imza atıb.

09.05.2022-ci il  tarixində Korporasiyanın Sumqayıt bölmələrinin birinin rəhbəri – lider xanım Xalidə Məmədlinin təşkilatçılığı ilə, uğura imza atmış fəal xanımların mükafatlandırılması məqsədilə, şəhərin “Qala” restoranında maraqlı  tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Xalidə xanım ilk əvvəl iştirakçıları salamladı, daha sonra isə şirkətin yaranma tarixindən, keçdiyi yoldan, təbii məhsulların keyfiyyətindən söz açdı. O, şəbəkə sisteminin üstünlüklərini vurğulayaraq, qazanılan uğurlara görə rəhbəri Tatyana Aqafanovnaya minnətdarığını bildirdi.

Çıxış edən Tatyana xanım dəvətə görə öz təşəkkürünü bildirdikdən sonra, şirkətin təbii vasitələrinin insan sağlamlığına yüksək təsirindən, biznesdəki addımlarından danışdı, Sumqayıt xanımlarının fəaalığını xüsusi qeyd edərək komandaya gələcək işlərində uğurlar dilədi.

Daha sonra Xalidə xanım fəal xanımlara Sertifikatlar və müxtəlif hədiyyələr təqdim etdi.

Çay süfrəsi arxasında davam edən tədbirdə, bu müddətdə əldə olunan nailiyyətlərin şərəfinə hazırlanmış tortlar kəsildi, xatirə şəkilləri çəkildi.

Aygün Hacıyeva