Press-reliz. «Mədəni İnkişafın Təbliği» ictimai birliyi “Qadınların hüquqi, sosial və iqtisadi cəhətdən dəstəkləmək məqsədilə maarifləndirilməsi” layihəsinin təlimlərini uğurla davam etdirir

«Mədəni İnkişafın Təbliği» İctimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qadınların hüquqi, sosial və iqtisadi cəhətdən dəstəkləmək məqsədilə maarifləndirilməsi və «Yaradıcı Zərif Əllər» sərgisinin təşkili” mövzusunda layihənin növbəti təlimini keçirib. Təlimçi  “Qadın hüquqları” mövzusunda çıxış edib, Azərbaycanda qadın hüquqları barədə qəbul edilmiş qanunlardan geniş danışıb, mövzu ətrafında müzakirələr aparıb.

Təlimə müxtəlif sahələrdə uğur qazanmış təcrübəli iş adamları və ziyalılar dəvət olunub. Onlar öz təcrübələrini və biliklərini iştirakçılarla bölüşüb, öyüd və məsləhətlərini veriblər.

Təlimin sonunda sorğu keçirilib. İştirakçılar suallara təlim boyunca öyrəndikləri mövzulara əsaslanaraq səmimi cavablar veriblər. 

Qeyd edək ki, layihənin əsas məqsədi qadın sahibkarlığına məsləhət və informasiya dəstəyi vermək, onların hüquqi bilgilərinin artırılmasına, işgüzar əlaqələrinin genişləndirilməsinə, sahibkarlıq təşəbbüslərinin inkişafına yardımçı olmaqla qadınların kiçik və orta biznes fəaliyyətinə təşviq etməkdir. Layihənin sonunda təlimlərdə iştirak edən yaradıcı xanımların əl işlərini nümayiş etdirmək üçün «Yaradıcı Zərif Əllər» sərgisi təşkil olunacaq.

Xatirə Fərəcova
«Mədəni İnkişafın Təbliği» İctimai birliyinin sədri