“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i növbəti tədbirini keçirib.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində növbəti tədbirini Masazır kənd 5 nörməli tam orta məktəbdə keçirib. Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, məktəbin direktoru Səlim Məmmədov, məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva, təlim-tərbiyə üzrə dərs hissə müdiri Aynurə Bağırova, məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin şagird kollektivi iştirak edib. Layihə rəhbəri, eyni zamanda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib.
Daha sonra məktəbin direktoru Səlim Məmmədov çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbir gedişatında məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva çıxış edərək
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i növbəti tədbirini keçirib.
“Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasının aşılanması” layihəsi çərçivəsində növbəti tədbirini Masazır kənd 5 nörməli tam orta məktəbdə keçirib. Baş tutan tədbirdə “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-in sədri Fatma Hacıyeva, məktəbin direktoru Səlim Məmmədov, məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva, təlim-tərbiyə üzrə dərs hissə müdiri Aynurə Bağırova, məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin şagird kollektivi iştirak edib. Layihə rəhbəri, eyni zamanda “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-nin sədri Fatma Hacıyeva çıxışında layihənin məqsədinin XX əsrin bəlalarından sayılan və XXI əsrin də ən ağır problemləri sırasında qalmaqda olan narkomaniya, narkomanlığın gələcəyimiz olan gənclər arasında yayılmasının, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə aparmaq, gələcək üçün sağlam gənclik, sağlam vətəndaşın yetişdirilməsinə köməklik göstərmək olduğunu vurğulayıb. Müasir gəncliyin sağlam gələcəyinin təmin olunması istiqamətində məktəb şagirdləri ilə maarifləndirici söhbətlər edib.
Daha sonra məktəbin direktoru Səlim Məmmədov çıxışında şagirdləri narkotik vasitələrdən uzaq durmaları ilə bağlı tövsiyələr verib. Narkomaniyanın birbaşa onların gələcək həyatlarına necə mənfi təsir edəcəyini, narkotik vasitələrdən istifadə etməklə öz sağlamlıqlarını təhlükə altına salacaqlarını bildirib. Tədbir gedişatında məktəbin psixoloqu Samirə Allahverdiyeva və məktəbin tədris üzrə dərs hissə müdiri Cəlalə Rzayeva çıxış edərək sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsini, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunmasının vacibliyini vurğulayıblar.
Tədbirin sonunda şagirdlərə məlumatlandırma bukleti və maarifləndirici kitabçalar paylanılıb.
sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması üçün maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsini, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemin həllinə cəlb olunmasının vacibliyini vurğulayıblar.