Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlərin iqtisadiyyatı” üzrə bakalavr, “Turizmin İqtisadiyyatı” üzrə magistr təhsili almış şəhid Nəcəfov Şamil Rəfi oğlunun anası 34 saylı orta məktəbin ingilis dili müəllimi Qazarxanova Gülşənin oğluna həsr etdiyi şeir.
Ey Allahım.
Yalvardım, ey Allahım,
Qoru balamı hər an,
Qoru onu sağından,
Qoru onu solundan,
Həm yerdən, həm səmadan!
Bəs nədir gördüklərim
Balam qanlar içində,
Qəlpə sarmış bədənin
Həm sağdan, həm solundan?
Durub düşünüb bir az
Xatırladım duamı,
Nəzərindən bircə an
Kənar etmə balamı.
Sən də eşidib məni
Aldın balamı məndən.
Buyurduğun ayəni
Xatırlatdın yenidən.
Yaratdım Şamili
Dünya zinəti,
Qazanmaqçın
bu gün
bu şəhadəti.
Qazarxanova Gülşən
34 saylı orta məktəbdə
ingilis dili müəllimi.