Sevgi-
bir ananın gözlərindəki şəfqət,
dilindəki dua, qəlbindəki niyyət,
tutduğu oruc , etdiyi ibadət,
övlada açdığı qapı , doyulmayan söhbət …
Sevgi-
soyuq qış günü qızındığın ürək,
söykəndiyin çiyin, tutduğun bilək,
güvəndiyin dağ, doyduğun çörək ,
keçdiyin cığır, niyyətindəki dilək…
Sevgi-
axtardığın doğru, gözlədiyin zaman,
yaşadığın ömür, sürdüyün dövran,
arzuladığın kəs, itirdiyin insan,
bildiyin cavab, susduğun an…
Sevgi-
yaşadığın yurd, gəzdiyin torpaq,
içdiyin su, doğulduğun otaq ,
süfrəndəki ruzi, qızındığın ocaq,
içindəki doğmalıq, çölündəki yasaq…
Sevgi-
tanridan pay, dünyadan səda,
beşikdəki körpə, tanrıdan əta ,
verdiyin salam ,etdiyin xəta,
yaşadığın dörd fəsil, son vida …
Sevgi-
bir udumluq hava, bir baxışlıq can,
gecədəki hüzur, minarədəki azan,
təəccüb dolu sual, cavab dolu “Quran”,
məşəqqətli vaxt, bir ömürlük imtahan…
Aygül Cəfərzadə.