***
Xatirə Fərəcliyə
Səsinə dəniz qaçmış
Gözlərində xəzər burulur
Canlara can diyən
Gülüşün çiçək qoxuyur
Ecaza gəlir yaradılış
Sən doğursan ürəyimdə xarı bülbül kimi
Saçlarında günəş yağışı
Xəzər dalğalanır yerişində
Məni səsləyir boğazında kı mahnı
Günəşin saçaqından asılı qalan məsafələr
Ürəyim sıçrayır xan arazdan bakıya
Gözlərim yol çəkir
And olsun gülüşündə yazılan qurana
Gəldə təbriz bayrama çevirsin kədərin
Mahnılar səslə
Qara giləm
Təbrizin küçələrin dolan
Dolanda dönsün başın
Günəş bağışla şeirimin misralarına
Yaranır, oyanır dağda kı qar çiçəyi
Gəlişinə qurban demişən ürəyimdə ki şeiri
Tanrılar kor olur gözəliyinə
Saçlarına vətən yağışı çilə
Gözündə şeirim intihara qalxır
Asılır sözcüklər ulduz kimi saçlarından
Saatləri susdur
Qonaqlayım səni gözlərimdə
***
Sancılan
Tərləsin saçların
Yağsın gözümdəki vərəm olmuş sevgi
Keflənsin xiyavanlarda bütün ışiqlar
Saatləri susdur
Gecədir
Qaranlıqı sevişib
Tərləyə tərləyə
Duvarlara inğilab diyə adını yazım
Bu son olsun yada başlanqıc yada ölüm
Mən yuxu sevməm
Uçurumlar gülər düşüncələrimə
Şeirimə sığdıqında maskələr öpücük qoxuyor
Darıxmışam şəhrın gülüşünə
Caddələrin kefli kefli gedişinə
Şəhrin küçələrin sırqa sal qulaqlarına
Ürəyinə edam ağacı qur
Asım bütün gələcəkləri
pay verim sənə
Bu son olsun diyə
Birdə başlayıp gecənin yağışi kefləndırsin şəhri
Bu gecə şəhərdə ikisidə öləcək
Bir mən- birdə sənlə, mən
Əllərini duvarlara sar güllələnəcəksən bu gecə
Gecənin qaranlıqında yağışda
Mərmiləşən yaz çiçəgi kürəində iz buraxır
Gəl yat edam saətinə qurulmuş gözlərimdə
Gülsün içimizdəki yanqın
Bu son olsun yada ölum
Oktay hüseyni