.
20 Yanvar
Yazdıqlarım deyiləsi dərd deyil,
Deməsəm də nəfəsimi kəsəcək.
Alındakı biz yazan qismət deyil.
Allahın əmriylə olub, bitəcək.
İyirmi Yanvar gününün naləsi,
Ürəklərdə sönməz ocaq qaladı.
Bu ağrının vallah yoxdur çarəsi.
Yağı düşmən ömürləri taladı.
Neyləmişdik Yaradana, bəndəyə?
Özümüzdə anlamadıq, bilmədik,
Yaşıdlarım qurban getdi gülləyə,
Biz, o gündən sevinc üzü görmədik.
İyirimi doqquz ildir zaman ötür.
Sanki dünən yanmışıq, alışmışıq,
Unutmarıq, yad edirik hər zaman.
Şəhidləri qəlblərdə yaşatmışıq.
O illərin ahını, naləsini
Yada salın vicdanınız qanasın,
Sağalmazdı, unutmarıq İlahi,
O şənbə iyirmi yanvar Yarasın.
Tarixlərə qanla tarix yazanlar,
Azadlığın dastanına çevrildi.
Hər qərənfil bir Şəhadət qılıncı,
Hər baş daşı bir zəfər heykəlidir.
Şəhidimiz Məcidin Anasının dili ilə.
Bunca yalan içində inanım hansı gerçəyə?
Bəzən də bir gül olub, dönüşüb bir çiçəyə,
Düşüb məzarın üstə, önündə solum Məcid
Yağış olub ağlayım, bulud tək dolum Məcid.
Qismətimdən küsdüm mən, səni görmürəm deyə
Ölməlilər yaşarkən, axı yoxluğun niyə?
Divanəyə dönmüşəm mən oğlum deyə -deyə.
Səhər gedər, gecələr təsəllim olur Məcid,
Yoxluğun, varlığımı əlimdən alır Məcid.
Gülnar Məmmədli.
.