Tərcümələr silsiləsindən: Marina Axmedova

İtburnu

Həyat möhkəm sürüklədi apardı,
Təsadüfən məni döndüyüm yerə.
Ürəyimdə buz bağlamış ümidlər,
Canlanıb ot kimi cücərdi yenə.

Əyildi təkər də çıxdı yolundan,
Sürət ilə diyirləndi enişə.
Sanki sözlər necə gəldi, nizamsız
Tökülürdü sətirlərə təşvişlə.

Ürəyim də hey çırpındı sinəmdə,
Möcüzə gözləyən uşaq tək baxdı.
Sanki birdən peyda olub hardansa,
Dikildi yoluma itburnu çıxdı.

Böyrümə ilişib tikanlarıyla
Cəsur-cəsur saxladı yıxılmaqdan,
Artıq lazım deyildi ki, anlayım
Bu şeytandan idi, yoxsa Haqqdan.

Sanki təzələdi qar fırçasıyla,
Döndüm ruhumda yüngüllük, təzəlik.
İtburnu isə dayandı təmkinlə,
Durdu tikanlarıyla həmişəlik.

Rus dilindən tərcümə Xatirə Fərəclinindir.