Şeir: Gülnar Ümid

Yağış yağır

Yağış yağır səhər-səhər,
Damcıları üz-gözümə
səpələnir,
Dodağıma qonduqca
hər damlaları,
Dodağıma toxunduğun
o anları xatırladır.
Yağış yağır səhər-səhər,
Küləyiylə sözlərini
qulağıma pıçıldayır,
Dərdlərimi unutdurub
sənsizliyi məndən alır.
Yağış yağır səhər-səhər,
Kölgəsi sənin kölgən tək
Mənim ilə addımlayır,
Sanki elə yanımdasan
Əllərimi qucaqlayır.
Yağış yağır səhər-səhər,
Səmadan o baxışların,
Gizlin-gizlin mənə baxır,
Alıb mənim ürəyimi
buludların ağuşuna,
Gizlin sənin qucağına
alıb qaçır.
Gülnar Ümid